Tadiç ərəblərin radarında

19.02.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Duşan Tadiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Duşan Tadiç "Fənərbaxça"dan gedir?

Apasport.az xəbər verir ki, "Əl-Taavun" serbiyalını heyətinə qatmağı planlaşdırır.

Tadiçin "Fənərbaxça" ilə müqaviləsi nə vaxta kimidir? 

36 yaşlı futbolçunun “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, 2023-cü il iyulun 16-dan İstanbul nəhəngində çıxış edir. Duşan “Voyvodina”, “Qroningen”, “Tvente”, “Southempton”, “Ayaks” klublarında oynayıb.

Duşan Tadiç bu mövsüm neçə qol vurub?

Tadiç bu mövsüm 36 matçda "Fənərbaxça" forması geyinib, 10 qol, 15 asistlə yadda qalıb. 

Mitoma üçün 75 milyon avro Arda üçün 3 müştəri - Özü də getmək istəyir "Trabzonspor"da Eren Elmalıdan sonra növbəti ayrılıq "Tottenhem"in sabiq futbolçusunun yeni klubu bəlli oldu "Fənərbaxça"nın futbolçusu "Zenit"də - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью