Taekvando rəsmilərinin Uşi toplantısı

24.10.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib.

ATF-dən verilən məlumata görə, mərasim Çinin Uşi şəhərində keçirilib. Assambleyada taekvondonun gələcək inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Həmçinin 2027-ci ildə taekvondo üzrə dünya çempionatının Qazaxıstanın paytaxtı Astanada təşkil olunacağı rəsmən elan edilib.

Qabil ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью