Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycanın taekvando üzrə yığma komandasın III MDB oyunlarındakı çıxışını başa vurub.
Futbolpress.az xəbər verir ki, Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo yarışları yekunlaşıb.
Son yarış günündə Azərbaycan millisinin 11 idmançısı fəxri kürsüyə çıxa bilib. Onlardan Vasif Səlimov (68 kq) qızıl medalın sahibi olub.
Digər 10 taekvondoçumuz isə bürünc medala layiq görülüblər:
– Səmərrux Osmanova, Zemfira Həsənzadə (49 kq)
– Nigar Abdullayeva, Leyla Bəşirova (57 kq)
– Fuad Məhərrəmli, Məhəmməd Həsənli (58 kq)
– Zemfira Aslanova, Nərmin Ənsəri (67 kq)
– Rza Əsədli (80 kq)
– Xan Məmmədzadə (+87 kq)
Beləliklə, Azərbaycan taekvondo yığmasının III MDB Oyunlarında qazandığı medalların sayı 22-yə çatıb.