Taekvondo millimiz İslam Oyunlarından vətənə dönüb

19.11.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi taekvondo üzrə uğurla təmsil edən milli komandamızın üzvləri Vətənə dönüb.

Apasport.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri, ailə üzvləri və media nümayəndələri qarşılayıb.

Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız Minayə Əkbərova (46 kq) gümüş, Qaşim Maqomedov (60 kq) isə bürünc medala layiq görülüb.

İslam Oyunları: Taekvondoçumuz gümüş medal qazanıb Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik" Avropa çempionu taekvondoçularla görüş keçirilib Niyaməddin Paşayev: “Bu taekvondoçular bizim gələcəyimizdir” Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью