Taekvondo millimiz üzvləri təlim məşq toplanışlarına cəlb olunublar

24.05.2025

Cbcsport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.

İdmançılar baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında hazırlıq keçirlər.

Qeyd edək ki, təlim-məşq toplanışının məqsədi iyulun 20-26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью