Taekvondo üzrə ölkə çempionatı keçiriləcək

20.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16–21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Apasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları və cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il, 16–21 yaşlılar arasında isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki gündə isə 16–21 yaşlılar arasında görüşlər keçiriləcək.

Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub Bakıda taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək Taekvondoçumuzdan Prezident Kubokunda bürünc medal
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью