Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi toplanışa başlayıb

23.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Cəlil Abdullayev tərəfindən Abşeron Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə ilkin mərhələdə taekvondoçuların fiziki hazırlıq səviyyəsinin artırılmasına diqqət yetirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью