Taekvondoçularımız 5 medal qazanıblar FOTO

14.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan taekvondo yığması G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) uğurlu çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən yarışda gənc oğlanların mübarizəsində millimiz 5 medal qazanıb.

Komandamızın heyətində Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynovla (73 kq) Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью