Taekvondoçularımız Almaniyada məğlub oldu

19.07.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.

"Unikal" xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu mübarizə aparıb.

Xıdır Məmmədov (54 kiloqram), Vaqif Hacıyev (68 kiloqram) və Leyla Bəşirova (57 kiloqram) ilk görüşlərində, Səlimə Quliyeva (46 kiloqram) isə 1/8 finalda məğlub olub.

Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarına qatılan Azərbaycan təmsilçiləri də öz görüşlərini məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью