Taekvondoçularımız Bakıda nümunəvi çıxışa hazırlaşırlar

06.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Taekvondo Federasiyasının Demo Team komandası avqustun 8-də paytaxt sakinləri üçün xüsusi nümayiş proqramı təqdim edəcək.

İdman.Biz xəbər verir ki, taekvondo üzrə peşəkar idmançılardan ibarət komanda “2026-cı il - Şəhərsalma və Memarlıq İli” çərçivəsində tamaşaçıların qarşısına çıxacaq. Tədbir saat 18:00-da Gənclik metrostansiyasının yaxınlığında yerləşən Antena Parkında keçiriləcək.

Proqram çərçivəsində Demo Team komandasının üzvləri müxtəlif taekvondo texnikalarını, mürəkkəb zərbələri və xüsusi hazırlanmış nümunəvi çıxışları nümayiş etdirəcəklər.

Nümayiş proqramını izləmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью