Taekvondoçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

25.11.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

Apasport.az xəbər verir ki, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

Ayxan Tağızadə Azərbaycan millisində Paralimpiya çempionumuz master klass keçib Bəhreyndə 2 taekvondoçumuz medal qazanıb Gimnaziadada iştirak edəcək taekvondoçularımız bəlli olub "Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью