Taekvondoçularımız Bosniya və Herseqovinada iki medal qazanıblar

25.11.2024

Cbcsport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью