Taekvondoçularımız Yay Olimpiya Oyunlarına hazırlaşırlar

20.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo milliləri Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edirlər.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) yığmanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birgə məşqlərə qatılaraq Dakar–2026-ya hazırlığı davam etdirirlər.

Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb.

Görüşdə federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Məşqlər avqustun 26-dək davam edəcək.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью