Taekvondoçularımızın 3 Bolqarıstan medalı

18.05.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı “Prezident Kuboku” yarışında 3 medal qazanıblar.

Taekvondo Federasiyasından “XQ”yə bildiriblər ki, Elcan Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara yiyələniblər.

L.QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью