Taekvondoçularımızın dairəvi döyüş məşqləri keçiriləcək

29.05.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Taekvondo üzrə Azərbaycan milli komandalarının açıq dairəvi döyüş məşqləri keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Hazırlıq prosesi mayın 31-də federasiyanın məşq zalında baş tutacaq. Kişi və qadın taekvondoçularımız ölkənin bütün rayon və klublarından olan idmançılarla sparrinqlərə çıxacaq.

Məşq xarakterli döyüşlərə 2010-cu il və yuxarı təvəllüdlü taekvondoçular qatıla bilər. 54 kq və yuxarı kişilər, 46 kq və yuxarı qadınlar millinin idmançıları ilə sınağa çıxmaq imkanı qazanacaq.

Qeyd edək ki, sparrinqlər saat 10:30-dan 12:30-dək davam edəcək.

Millimiz Bolqarıstan turnirində Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO İmaməddin Xəlilov Prezident Kubokunda gümüş medal qazanıb Sabir Zeynalov Çində bürünc medal qazanıb İmaməddin Xəlilov finalda!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью