Taekvondoçumuz dünya reytinqini qoruyub

13.03.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya Taekvondosunun 2025-ci ilin mart ayı üçün reytinq siyahısı müəyyənləşib.

“Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan Azərbaycan təmsilçisi Qaşım Maqomedovun mövqeyində dəyişiklik olmayıb.

Avropa çempionu 124.32 xalla dünya reytinqinin ikinci pilləsində qərarlaşıb. İlk sırada isə Paris Olimpiadasının finalında idmançımızı məğlub edən Cənubi Koreya təmsilçisi Park Te Cun yer alıb.

L.AZAD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью