Tağı Salehoğlu: “Mahnımı oxuyurlar, icazə almırlar”

10.09.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Uzun zamandır efirlərdə görünməyən Tağı Salehoğlu  müəllifi olduğu mahnılarının müdafiəsinə qalxıb.

Adalet.az bildirir ki, ifaçı onun mahnılarını ifa edən gənc müğənniləri tənqid edib:

“İndi gənc ifaçıları mahnılarımı oxuyur. Amma inciməsinlərin sevmirəm onların ifalarını.  Məsələn, onlardan biri Şəbnəm Tovuzludur. Həm ifa tərzini sevmirəm, həm də sözlərini səhv oxuyub. Zeynəb Həsəni, Vəfa Şərifova  da mahnılarımı oxuyublar. Bu günlərdə Pünhan Piriyevin ifasını eşitdim.  Xoşum gəlmədi, axı bu onun mahnısı deyil. İnsan öz səsinə uyğun mahnı seçməlidir. Bilirsiniz, ifaçılıq ayrı, müğənnilik ayrı, bəstəkarlıq ayrı peşədir. Mahnılarımı oxuyurlar, icazə almırlar. Şəbnəm məni tanımır? Hörmət xatirinə  deyə bilərdi”. 

Əntiqə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью