Moderator.az saytına istinadən Icma.az xəbər verir. Tanınmış aktyor Sənan Əlləz "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb
Moderator.az müsahibəni təqdim edir: - Kino Akademiyası "Tağıyev: Neft" filmini "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında 98-ci "Oska
Sizcə, filmin "Oskar" mükafatını qazanmaq potensialı varmı?
- Bakı Media Mərkəzinin istehsalı olan dörd hissəli “Tağıyev” bədii filmi Azərbaycanın tanınmış tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin həyatının dörd fərqli mərhələsinə işıq tutur.
Mənə görə, bu film 30 illik müstəqil kino tariximizdə ərsəyə gətirilən ən yaxşı filmlərdən biridir.
Bütün meyarları ilə - kastinqdən tutmuş rejissor işinə, aktyor oyunu və quruluşçu rəssam fəaliyyətinə qədər yüksək səviyyədədir.
Film dörd hissədən - "Tağıyev: Neft", “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəbi”dən ibarətdir.
Azərbaycan kinosu üçün böyük qürur mənbəyidir ki, “Tağıyev: Neft” filmi bu il “Oskar” mükafatına namizəd göstərilib.