“Tağıyev: Məktəb” filmi “Oskar 2027”yə namizəd seçildi

25.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” filmi “Oskar-2027” mükafatının uzun siyahısına düşüb.
Bizim.Media xəbər verir ki, rejissor Zaur Qasımlının tarixi dramı azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən kinoepopeyanın sonuncu hissəsidir.
 

Filmin süjetində 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılması və Tağıyevin bu təşəbbüsünü həyata keçirərkən üzləşdiyi çətinliklər əks olunub.


Filmin premyerası 2026-cı il mayın 1-də, məktəbin yaranmasının 125-ci ildönümünə həsr olunaraq keçirilib.
“Oskar” mükafatına namizədlərin qısa siyahısı dekabrın 15-də açıqlanacaq.
Qeyd edək ki,“Tağıyev: Neft” filmi də 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью