Tağıyev: Neft filmi Oskar a namizədlər siyahısında... | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Tağıyev: Neft" filmi ABŞ Kino Akademiyasının 98-ci "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında mükafata namizədlərin siyahısına təqdim edilib.
Kult.az Azərtac-a istinadla xəbər verir ki, bunu Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev bildirib.
O qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabrda, qısa siyahı dekabrda, əsas nominasiyalar üzrə isə 2026-cı ilin yanvarında elan olunacaq.
Mükafatlandırma mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
"Tağıyev: Neft" filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır.
Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.
Tam oxu
Xəbəri oxu