Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.
Reyting.az-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Tahir Yaqub oğlu Budaqov “Şöhrət” ordeni ilə təltif edilib.