Tahir Abdullayev çəkini aşsa da, döyüşə çıxacaq VİDEO

20.11.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 21-də Qətərin paytaxtı Dohada keçiriləcək UFC Qatar turnirində çıxış edəcək azərbaycanlı döyüşçü Tahir Abdullayev rəsmi çəkidən keçə bilməyib.

İdman.Biz xəbər verir ki, Abdullayev tərəziyə 172 funt (78 kq) çəki ilə çıxıb. O, yarımorta çəki dərəcəsinin limitini bir funt (təxminən 450 qram) aşıb.

Bu səbəbdən azərbaycanlı döyüşçü qonorarının bir hissəsini itirəcək. Buna baxmayaraq, onun avstraliyalı Ceyk Mettyusla qarşılaşması baş tutacaq.

Qeyd edək ki, Mettyusun UFC-də 16 qələbəsi və səkkiz məğlubiyyəti var. Bu il təşkilatla müqavilə imzalayan Abdullayev isə iyunun 27-də Bakıda keçirilən “UFC Fight Night” turnirində braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edərək debüt qələbəsini qazanıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью