Tahir Abdullayev qələbə qazandı

27.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.

Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью