Tahir Abdullayevdən UFC də növbəti qələbə

21.11.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, 29 yaşlı idmançı Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Mettyusla üz-üzə gəlib.

Yarımorta çəki dərəcəsində baş tutan qarşılaşma üç raund davam edib. Abdullayev rəqibi üzərində üstünlük quraraq hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Bu, Azərbaycan təmsilçisinin UFC-də ardıcıl ikinci qələbəsi olub.

Qeyd edək ki, Tahir Abdullayev iyunun 27-də Bakıda keçirilən UFC turnirində debüt edib. O, ilk döyüşündə braziliyalı Cefferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub edib.

UFC-də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi Fərman Həsənov UFC-də ilk məğlubiyyətini aldı – Döyüş həkim qərarı ilə dayandırıldı Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI Petr Yan Dvalişvilini məğlub etdi, KƏMƏRİNİ QORUDU Asəf Çopurov UFC debütündə məğlub oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью