Tahir Baxşıyev: “Biz çox pis oynadıq”

10.10.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Biz çox pis oynadıq. Məsələ böyük hesabla uduzmağımızda deyil, oyunumuzun özü çox zəif idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqasının ikinci turunda “LANDAU Lions”a 68:102 hesabı ilə məğlub olduqları oyundan sonra NTD klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

Təcrübəli mütəxəssis məğlubiyyəti şərh edərək komandanın və fərdi oyunçuların performansına toxunub, həmçinin gələcək inkişaf üçün çox çalışmalı olduqlarını vurğulayıb:

“Mən heç vaxt oyunçulardan kimisə ayrıca qeyd etməyi sevmirəm. Amma bu gün Məhəmməd Hüseynli çox zəif oynadı. Əvvəlki matçda əla çıxış etmiş, 30 xal toplamışdı. Bu gün isə oyunu alınmadı.

Bu mövsüm bizi çox işin gözlədiyini bilirdik. Oyunçular da bunu başa düşməlidirlər. Hər oyun onlar üçün böyük təcrübə və dəyərli dərsdir. İnkişaf etmək üçün hələ çox çalışmalıyıq. Oyunçular da bunu anlayacaqlar. Buna əminəm”.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью