Tahir Baxşıyev: İdarəçilik haqqında danışmağı sevməsəm də...

21.02.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Komanda əlindən gələni etdi. Qarşılaşmadan öncə də şansların 50-nin 50-yə olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sona kimi vuruşdular". Sport24.az xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis yığmamızın DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində Kosovo ilə keçirdiyi matçı dəyərləndirib. "Matçı qazana bilərdik. İdarəçilik haqqında danışmağı sevməsəm də, deməliyəm ki, bu oyunda hakimlərin qərarları Kosovodan yana idi. Bu da bizə çətinliklər yaradırdı. Uşaqların yaxşı oynadığını düşünürəm. Bu matçı qazanmağı çox istəyirdik, alınmadı".

Qeyd edək ki, komandamız görüşü 79:81 hesabı ilə uduzub. Yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью