Tahir Baxşıyev: “Komandanın potensialı daha yüksəkdir”

07.03.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Ən yaxşı oyunlarımız hələ qabaqdadır".

Apasport.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

“Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodun ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”.

Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.

NBA: “Boston Seltiks” və “Los-Anceles Leykers”dən qələbə ABL: NTD "Naxçıvan"a qarşı “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq” “Gəncə”nin baş məşqçisi: “Gəncə üçün ən yaxşısını etmək istəyirik” “Quba” “Gəncə”ni məğlub etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью