Tahir Budaqov: YAP ın qurultayına hazırlıq davam etdirilir

27.09.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Aparat rəhbəri bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq beş ildən bir keçirilir.

“Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, beş il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq”, - deyə o bildirib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью