Tahir Budaqovdan Xalq artistinə 2 min manatlıq hədiyyə FOTO

19.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Xalq artisti Samir Cəfərova 50 illik yubileyi münasibətilə bahalı qol saatı bağışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hədiyyə İtaliyanın məşhur “Versace” brendinə məxsus “Timeless V Dome” seriyalı qol saatıdır.

Məlumata görə, həmin modelin rəsmi mağazalarda və onlayn satış platformalarında qiyməti 950-1300 ABŞ dolları, yəni təxminən 1600-2200 manat arasında dəyişir.

Qeyd edək ki, hədiyyə noyabrın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Samir Cəfərovun 50 illik yubileyi münasibətilə keçirilən görüş zamanı təqdim olunub.

Natiq Şəkinski

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью