Icma.az, Oxu.az portalına istinadən məlumat verir. "Dolma yeməyi Baltikyanı ölkələrin maddi mədəni milli irsi elan edilib".
Bu barədə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Oxu.Az-a məlumat verib.
O bildirib ki, bu məsələdə məsuliyyət Dövlət Turizm Agentliyinin üzərinə düşür: "1988-ci ildən başlayaraq mətbəx davamızda dolma lokomotiv idi.
Dövlət Turizm Agentliyinin gücü ilə "Amerika Kulinariya İncəsənət Məktəbi" (ASCA) Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (WACS) gətirildi.
2022-ci ildə sədr müavini səviyyəsində mətbuata verdikləri sözü yerinə yetirdilər.
ASCA-nın "World Association of Chefs' Societies"in (Worldchefs) milli irs komitəsinə gətirilməyi, sən demə, buna görə imiş.
Milli irs komitəsinə yerləşdirilmələri 3 ay deyil dolmanı artıq Baltikyanı ölkələrin maddi-mədəni milli irsi elədilər.
Bu Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası ilə birlikdə bir ildə 2.9 milyon manat pul silməkdən betər oldu ki!