Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

09.03.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mənə qarşı  olanların eybi yoxdur. Bu 3 ildə Milli Mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənılərə verdilər. Bəla bundadır”.

AZXEBER.COM xəbər verir ku, bu sözləri Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyi haqda deyib. 

O qeyd edib ki, Fuad Nağıyev və komandası Prezidentin etimadını doğrultmayıb:

"Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.

Bu çox  ağrıdıcıdır. Təəssüf edirəm”.

Xatırladaq ki, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşım edib və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью