Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Rəhmətlik Sara Oğuz "Ocaqlarımızın bərəkəti" kitabında bu fikri çox gözəl ifadə edir.
Deyir ki, Azərbaycan xanımı üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir".
Oxu.Az xəbər verir ki, Əməkdar mədəniyyət işçisi, məşhur kulinar, milli mətbəximizlə bağlı onlarla kitabın müəllifi Tahir Əmiraslanov Modern.az-a bildirib: "Qadın uşaqlarına, yoldaşına sevgisini mətbəxdə göstərir.
Zərdüşt peyğəmbər deyir ki, xörək bişirən ona ancaq fiziki deyil, həm də mənəvi təsir göstərir.
Əgər qadın sevə-sevə yemək bişirirsə, onun bütün energetikası kişiyə də keçir, yox, əgər əsəbi, yorğun halda yemək bişirirsə, kişi ya televiziyanın qabağında yatacaq, ya telefonla oynayacaq, ya da qadından uzaqlaşacaq.
Bu, onun özündən asılı deyil, qida informasiya daşıyıcısıdır.
Bir də baxırsan kimsə haqqında deyirlər ki, o, niyə bu gözəllikdə qadını qoyub başqasını aldı?
Çünki o gözəl xanımın cinsəl hissləri realizasiya olub. Kişilər ona çoxlu kompliment deyiblər, çoxlu sevənləri olub, baxıb özünə və sair, am