Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ağıllı qadın əvvəlcə yemək bişirməyin incəliklərini öyrənir, sevgiylə yemək hazırlayır və həyat yoldaşına, uşaqlarına yalnız özü bişirdiyini yedizdirir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov bildirib.
Tanınmış kulinarın sözlərinə görə, yeməyin evdə hazırlaması ailəni qadına və evə çox dərin, görünməz bağlarla bağlayır.
“Bu, qadının gizli hakimiyyətinin özülüdür.
Hələ Zərdüşt Qatalarında deyirdi: ”Yemək bişirən yeməyə yalnız fiziki deyil, həm də mənəvi, ruhi təsir göstərir”.
Gözəl yazarımız, mərhum Sara Oğuz bunu çox dərin ifadə etmişdi:” Azərbaycan qadını üçün mətbəx məsələsi iş məsələsi yox, eşq məsələsidir””.
T.Əmiraslanov qadınlara çağırış edib:
“Sifarişlə evə gətirilən yeməklər ərinizə sizin hisslərinizi deyil, bu yeməyi hazırlayanların hisslərini ötürür.
Peşəkar kimi deyə bilərəm ki, bu hisslərdə daha çox deyingənlik, həyatdan narazılıq və aqressiya var.
Restoranda (hətta bir yerdə ) yemək sizi bir-birinizə bağlamır. Tam əksinə!
Dəyərli, əziz və gözəl xanımlar!
Ailənizi dağıtmayın, sevgi hisslərini öldürməyin, yeməyi sevə-sevə özünüz hazırlayın, özünüz yedizdirin!
Ailə süfrədən başlayır. Süfrə varsa, ailə də var!”