Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel “İmarət” azarkeş qrupunun yaradılmasının 17-ci ildönümü münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub paylaşım edib.
Tahir Gözel fan klubun “Qarabağ”ın uğurlarındakı rolunu vurğulayıb: “İmarət” azarkeş qrupunun yaradılmasının 17-ci ildönümü münasibətilə bütün üzvlərini və bu böyük azarkeş ailəsinin hər bir nümayəndəsini səmimi-qəlbdən təbrik edirəm. Bu illər ərzində “İmarət” “Qarabağ”ın ən çətin və sevincli anlarında komandanın yanında olub, tribunadan verdiyi dəstəklə klubumuzun ayrılmaz hissəsinə çevrilib. İstər qələbə sevinclərində, istərsə də çətin sınaqlarda komandamızın yanında olmağınız, göstərdiyiniz sonsuz sevgi və sədaqət bizim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb.
“Qarabağ”ın bu gün qazandığı uğurların arxasında futbolçularımızın, məşqçilərimizin və klub əməkdaşlarımızın əməyi ilə yanaşı, azarkeşlərimizin də böyük dəstəyi dayanır. “İmarət”in bu yolda özünəməxsus yeri və əvəzsiz rolu var. İnanıram ki, bizi qarşıda daha böyük uğurlar, yeni qələbələr və birlikdə yaşayacağımız unudulmaz anlar gözləyir.
Bu əlamətdar gündə “İmarət” ailəsinin hər bir üzvünə təşəkkürümü bildirir, möhkəm birlik, tükənməz enerji və uzun illər “Qarabağ”ın yanında olmağı arzulayıram. 17 yaşın mübarək, “İmarət”! Yaxşı ki varsınız, yaxşı ki bizimləsiniz!”