Tahir Gözel: İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq

31.07.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Çox yaxşı oyun oldu”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.

O, komandasının layiqli qələbə qazandığını söyləyib: “Təmiz qələbə oldu. Əsas odur ki, futbolçularımız zədələnmədi. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər. Daha iki transferimiz olacaq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq”.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə qarşılaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью