Tahir Gözəl Mmae haqda nələr dedi?

01.08.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” – “Şelburn” oyunundan sonra “köhlən atlar”ın prezidenti Tahir Gözəl media önünə çıxaraq jurnalistlərin suallarını cavablayıb.

O, açıqlaması bitəndən sonra “Football-plus.az”ın əməkdaşına komandanın yeni transferi Sami Mmae haqda danışıb:

“Mmaenin transferi tam başqadı. O futbolçu çox ürəyimi açır. Həqiqətən də istəklidi, vuruşur, döyüşür. Oyundan sonra paltardəyişmə otağına getdim, o ruhu, əzmkarlığı gözlərindən hiss etdim. Fiziki cəhətdən də çox güclüdü”.

Xatırladaq ki, adı çəkilən futbolçu “Qarabağ”a Zaqreb “Dinamo”sundan gəlib.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью