Tahir Gözel oyundan əvvəl komandasına dəstək oldu

22.10.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Qarabağ” klubunun prezidenti Tahir Gözel İspaniyanın Bilbao şəhərinə gedib.

QOL.az xəbər verir ki, o, bu gün “San-Mames” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının “Atletik” - “Qarabağ” matçını tribunadan izləyəcək. Görüşdən əvvəl T.Gözel komandasına dəstək olub.

Xatırladaq ki, “Atletik” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью