Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 26 noyabr, AZƏRTAC “İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələy
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının Liqa mərhələsində Fransanın “Lion” kollektivinə
Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.
Ötən tur “Budyo-Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm.
İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq.
Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm.
Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir.