Tahir Gözəl: Qarabağ ən yaxşı formadadır

12.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda Fransanın "Lion" komandasına qarşı keçiriləcək oyunu şərh edib Sport24.az "Report"a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisini Azərbaycan paytaxtında çox çətin görüş gözlədiyini bildirib:

"Mən çox ümidliyəm. Klubuma inanıram. Hər zaman deyirdim ki, "Qarabağ" ən yaxşı formadadır. Şükürlər olsun ki, "Budyo-Qlimt"lə son oyunda bunu sübut etdik. Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün hələ də şansımız var".

Qeyd edək ki, "Qarabağ" – "Lion" oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью