Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) oyunu öncəsi komandanın mətbuat xidmətinə danışan klub rəsmisi qələbə qazanmaq istədiklərini bildirib: “Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək.
Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək.
Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.
Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq.
Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm.