Tahir Gözəl: UEFA dan gələn 18 milyon dollar Qarabağ ın 10 aylıq xərcidir | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Biz Qurban hocaya bütün imkanları verdik.
Qurban hoca oyunçulara baxır. Bu gün rəqabətli mühitdə klublar oyunçuları asanlıqla buraxmaq istəmirlər".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun prezidenti Tahir Gözəl jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, "Qarabağ"ın uğurlu olması hər kəsdən çox Qurban Qurbanovun arzusudur: "Bu, onun zəhmətidir, onun iradəsidir.
Bir milyonluq futbolçuya 8 milyon ödəyib gətirsən, klubu dağıdarsan. Azarkeşləri başa düşürəm.
İnsanın ürəyi yanır, deyir: "Alın da, gətirin də". Amma bu, maşın almaq deyil, çox mürəkkəb məsələdir.
Burada klubun əhval-ruhiyyəsini də poza bilərsən. Klub idarə etmək çox ağır məsuliyyətdir.
Mənim arzum var idi, amma heç vaxt təəssüflənmirəm. Qurban Qurbanova da deyirəm: Nərimana inanıram, Musaya inanıram, gənclərimizə inanıram.
Tam oxu
Xəbəri oxu