Tribuna saytına istinadən Icma.az xəbər verir. “Tanımadığım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə qarşı nə
Bu nə düşüncədir ki, səsləndirirlər? İkincisi, mən məmur deyiləm. Üçüncüsü, faktları deyirəm.
Hətta demirəm ki, bu fakt düzdür, ya yalan… Dördüncüsü, bunlar niyə diqqəti mənim özümə yönəldirlər?
Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK tərəfindən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb.
Mənim qızım ömründə bir dəfə uzun illərdən sonra harasa göndəriş alıbsa, onun bu məsələyə nə dəxli var? Bunu niyə gözə soxurlar?
Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər.
Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar.
Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.