Tahir Qədəşov vəfat etdi Özəl

20.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.
 

Qeyd edək ki, onun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biri olan Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmə qərarı ilə “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub.
İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
İstintaq materiallarına görə, həmin vəsait “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldilib.
Məhkəmənin qərarına əsasən, kompleks hərrac yolu ilə satılacaq, əldə olunan vəsait isə zərərçəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.
İş üzrə digər təqsirləndirilən şəxs, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью