Tahir Rzayev: Keçən il 360 min tondan çox pambıq toplanıb

22.01.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Keçən il 360 min tondan çox pambıq toplanıb. Bu, son 30 ilin ən yüksək göstəricisidir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında komitə sədri, deputat Tahir Rzayev deyib.

O bildirib ki, ötən il 3 milyon 339 min ton dənli-paxlalı bitkilər yetişdirilib:

"Bu da yüksək göstəricidir. Bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımız xeyli artıb. Təzə meyvə ixracı əvvəlki illə müqayisədə keçən il 28.2 faiz artıb. Təzə tərəvəz 17.9 faiz artıb. Şəkər 58.5 faiz, bitki yağları 22.3 faiz, pambıq ipliyi 17.18 faiz artıb. Bu, kənd təsərrüfatına qoyulan maliyyənin hesabınadır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью