Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq. "2024-cü ildəki fəallıqlarına görə bir qrup gənc yenə də rəhbərlik tərəfindən mükafatla
Türk Ağsaqqalları Birliyi Gənclər Təşkilatına yaradılan şərait gənclərin öz potensiallarını ortaya qoymaq imkanı yaradıb.
Biz gənclər də bundan bəhrələnərək hər bir sahədə öz sözümüzü deməyə, dövlətin yürütdüyü gənclər siyasətinə dəstək olmağa çalışır, əhəmiyyətli layihələr həyata keçiririk".
Missiya.Az xəbər verir ki, bu sözləri Ağsaqqallar.com saytına açıqlamasında TAİB Gənclər Təşkilatının üzvü, Missiya.az saytının əməkdaşı Hüseyn Babayev deyib.
O bildirib ki, təşkilata üzv olan gənclərin hamısı ali təhsilli, fəal ictimaiyyətçi və könüllülər dəstəsinin üzvləridirlər.
"Müdrik ağsaqqalların yanında çalışmaq böyük məsuliyyət tələb edir.
Türk mifologiyasının mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, xeyir-duası həmişə ali həyat məramı olub və bu ənənə bu günə qədər də davam edir.
Bizim üçün böyük şansdır ki, biz bu gün, bu cür ali bir ocaqda, ağsaqqal institutunda yetişirik.