Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi –TAİB-in mərkəzi ofisində Şanlı Zəfərimizin 5 iliyi münasibətilə idarə heyətinin xüsusi iclası keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyəti, Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, ziyalılar iştirak ediblər. İlk olaraq Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan TAİB İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu,veteran YAP-çı Tahir Quliyev qalib Azərbaycan ordusunun keçdiyi tarixi yoldan danışaraq, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb. O bildirib ki, Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbənin hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli olduğunu bildiriblər.
Sonda tədbir iştirakçıları ölkəmizin qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacağına əminliklərini ifadə ediblər.
Nurlana Əhmədova
Missiya.Az