Tailand 11 milyon turist qəbul etməyi hədəfləyir

28.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tailand 2027-ci ildə uzaq ölkələrdən 11 milyon turist cəlb etməyi və təxminən 23 milyard ABŞ dolları gəlir əldə etməyi hədəfləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu hədəf neft qiymətlərinin artması, aviasiya xərclərinin yüksəlməsi və Yaxın Şərqdəki münaqişə kimi çətinliklərə baxmayaraq qarşıya qoyulub. Tailandın turizm qurumunun (TAT) Avropa, Amerika, Yaxın Şərq və Afrika üzrə beynəlxalq marketinqdən məsul sədr müavini Çiravadi Xunsubun proqnozuna görə, uzaq məsafəli bazarlar 2027-ci ildə təxminən 4 faiz artım nümayiş etdirəcək. TAT 2026-cı il üçün də bu bazarlardan 10,7 milyon ziyarətçi qəbul etmək və 690 milyard baht gəlir əldə etmək hədəfini qüvvədə saxlayıb. İlin sonuna qədər gələnlərin sayının təxminən 10,77 milyona çatacağı və bununla da hədəfin aşılacağı gözlənilir.

Ötən il Tailand 32 milyondan çox xarici turist qəbul edərək, Malayziyadan (42 milyon) sonra Cənub-Şərqi Asiyada ən çox ziyarət edilən ikinci ölkə olub.

TAT rəsmisinin sözlərinə görə, enerji qiymətlərinin artması gələn il Tailandın turizm sənayesinin üzləşəcəyi əsas çətinliklərdən biri olacaq. Qış tətili mövsümündə beynəlxalq səyahətlərə tələbatın artması aviabilet qiymətlərini yüksəldə bilər ki, bu da 2027-ci ilin ikinci və üçüncü rüblərindəki erkən rezervasiyalara təsir göstərə bilər. TAT turizm vasitəçiləri, xüsusilə də tur operatorlar və səyahət agentlikləri ilə əməkdaşlığın gücləndirilməsi, "İndi sifariş et, sonra səyahət et" kimi kampaniyalar vasitəsilə səyahətçilərin səfərlərini əvvəlcədən planlaşdırmasına təşviq edilməsi, onlayn xidmətlər, o cümlədən süni intellektin tətbiqinin genişləndirilməsi ilə hədəfinə çatmağı planlaşdırıb.

Asiyaya səyahət xərclərinin artması avropalı turistləri daha yaxın istiqamətlərə üstünlük verməyə sövq edir. Eyni zamanda, Yaponiya və Vyetnam kimi rəqib bazarlarda valyuta məzənnələrinin əlverişli olması, həmin ölkələrin turizm məhsul və xidmətlərini Tailanddan daha cəlbedici edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью