Tailand ABŞ ticarət danışıqları təxirə salınıb

22.04.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Donald Tramp administrasiyası tərəfindən gömrük məhdudiyyətləri məsələsinin həlli üçün Tailand və ABŞ arasında ticarət danışıqları qeyri-müəyyən müddətə təxirə salınıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Fetonqtan Şinavatra məlumat verib.

O, açıqlamasında ticarət danışıqlarının aprelin 23-nə planlaşdırıldığını bildirib. Danışıqlara Tailandın nümayəndə heyətinə baş nazirin müavini və maliyyə naziri Fiçai Çunhavaçira başçılıq etməli idi. 

Baş nazirin sözlərinə görə, Tailand ABŞ-dən təyyarə və kənd təsərrüfatı məhsullarının idxalını artırmağa hazırdır. 

Tramp adminstrasiyasının  ticarət danışıqlarını təxirə salmasının səbəbini açıqlamayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью