Tailand Kamboca ilə sərhəddə 600 dən çox məktəbi bağlayıb

08.12.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tailand hakimiyyəti Kamboca ilə gərginliyin artması səbəbindən sərhəd bölgələrindəki 641 məktəbdə fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Xalqcebhesi.az "Khaosod"a istinadən xəbər verir ki, bu barədə Tailandın Təhsil Nazirliyinin açıqlamasında bildirilir.

Açıqlamada qeyd edildiyi kimi, ölkənin Təhsil Nazirliyi bəzi bölgələrdə məktəb karantinin müddətinin uzadılması və ya tədrisin onlayn formata keçirilməsi zərurəti yaranarsa, vəziyyəti diqqətlə izləyir və tədbirlər planı hazırlayır. Nazirlik qeyd edib ki, "şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi ən vacib prioritetdir".

Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər ötən həftə sonu şiddətlənib və bu günə qədər davam edir.

Dekabrın 8-də Tailand Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə günahlandırıb.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью