Tailand Kambocanı yenidən atəşkəsi pozmaqda ittiham etdi

30.07.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tailandın Xarici İşlər Nazirliyi Kamboca Silahlı Qüvvələrini sərhəddə atəşkəs rejimini növbəti dəfə pozmaqda ittiham edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin saytında müvafiq bəyanat yerləşdirilib.

"2025-ci il iyulun 29-da axşam saatlarında, Tailand və Kamboca arasında atəşkəs razılaşmasının əldə olunmasından 24 saat keçməmiş, Pxu-Makuadakı (Sisaket əyaləti) Tailand hərbçilərinin mövqeləri Kamboca hərbçiləri tərəfindən atıcı silahlardan və qumbaraatanlardan istifadə etməklə hücuma məruz qalıb. Hücum 30 iyul 2025-ci il səhər saatlarına qədər davam edib", - deyə bəyanatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью